Evdə mütəmadi kompüterlə çalışanlara xəbərdarlıq: Bunları etməyin!


Digərləri 25 May 2020 19:01:00 141 0

Evdə mütəmadi kompüterlə çalışanlara xəbərdarlıq: Bunları etməyin!

Fiziki Terapiya və Reabilitasiya mütəxəssisi Hanife Düzgün Çelik koronavirus səbəbi ilə evdə mütəmadi kompüterdə işləyənlərin uzun müddət eyni vəziyyətdə qalmalarının zərərli olduğunu deyib.

Son.az xəbər verir ki, mütəxəssis uzun müddət eyni vəziyyətdə qalmağın zərərlərindən qurtulmağın yollarını belə izah edib:

"Evdə fiziki məşqlər edərək duruş pozuntularından və ağrılardan qorunmaq olar. Duruş pozuntularının qarşısını almaq üçün uzun müddət eyni vəziyyətdə oturmamalıyıq. Oturarkən bel dəstəklənməlidir. Kompüterdən istifadə olunacağı təqdirdə biləyi dəstəkləyən maus altlığı istifadə edilə bilər. Yatarkən boyun disklərinin dəstəkləmək çox vacibdir. Yan və belüstü yatarkən dizlərin əyilməsi də önəmli nüansdır".

Mütəxəssis bildirib ki, ayaqda durarkən baş dik, sinə ön tərəfdə olmalı, qarın içəri çəkilməli, çiyinlər isə irəli çıxmamalıdır:

"Uzun müddət evdə eyni mövqe tutmadan, vaxtaşırı məşqlər etməklə duruş pozğunluqlarından və ağrılardan qorunmaq olar. Bütün bu tədbirləri gördüyünüz təqdirdə ağrılarınız davam edərsə, fizioterapiya və reabilitasiya həkiminə müraciət etmək uyğun olar.