Avokadonun dəri üçün möcüzəvi FAYDALARI


Digərləri 25 May 2020 19:06:00 149 0

Avokadonun dəri üçün möcüzəvi FAYDALARI

Avokado yağı dəri üçün əvəzedilməz qulluq vasitəsidir.

Son.az xəbər verir ki, sağlam və düzgün bədən quruluşu arzulayanların süfrəsindən heç zaman əskik olmayan avokadonun dəriyə çox böyük xeyri var. Tərkibində yağların və vitaminlərin zənginliyi dəriyə çox sayda faydası var.

Dərini nəmləndirir

Uzun müddətli susuz qalan dəri üçün qırışlar və zərərlər qaçınılmazdır. Avokado yağı, A, C və E vitaminlərin köməyi ilə dəriyə lazım olan nəmi verir. Dərini nəmləndirərkən yağlı bir təbəqə yaratmadığı üçün, nəmləndirici kremlərdən fərqli olaraq, sızanaqların meydana gəlməsinə səbəb olmur. Bundan başqa avokado yağı təbii bir qarışımdır. Bu xüsusiyyətinə görə, o dərinin nəfəs almasına və hüceyrələrin yenilənməsinə kömək edir. Beləliklə, dərinin yaşlanmasının, qırışların və sallanmasının qarşısını alır.

Dərisinin solğun görünüşündən şikayət edənlər üçün avokado yağı təbii bir həll  yoludur. O tərkibindəki minerallar sayəsində dəriyə parlaqlıq verir. Eyni zamanda dərinin rəngini tarazlaşdırır və  size körpə dərisi kimi yumşaq bir dəriyə qovuşdurur.