"Çılpaq gəzmirəm ki..." Niyaməddin Musayev


Şou-biznes 25 May 2020 18:30:00 168 0

"Çılpaq gəzmirəm ki..."  Niyaməddin Musayev

Xalq artisti Niyaməddin Musayev geyimini tənqid edənlərə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Ona qalsa" verilişində qonaq olan müğənni "Hər zaman cavanlar kimi geyinirsiniz. Sizi tənqid edirlər" sözlərinə belə cavab verib:

"Şalvardır da, çılpaq gəzmirəm ki... Dar düşüncəli insanlar, mədəniyyəti aşağı olanlar başqalarına lağ edirlər. Özündə görmədiklərini başqasında axtarır. Özünə yaraşmır deyə, mənə lağ edir".