İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib


Siyasət 25 May 2020 17:20:53 163 0

İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə&təbrik məktubu ünvanlayıb.

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta SommaruqaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".