Əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər 26% azalıb


İqtisadiyyat 25 May 2020 17:20:00 170 0

Əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər 26% azalıb

​Əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər 26% azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart və aprel aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin aprel ayında mart ayı ilə müqayisədə 28,2%, ötən ilin aprel ayı ilə müqayisədə isə 25,8% azalıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəticədə, yanvar-aprel aylarında ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% azalaraq2,4milyard manat olub.

Hüquqi şəxslər əhaliyə 1,8milyard manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin74,5%-ini təşkil edib.

Cari ilin yanvar-aprel aylarında hərbir ölkə sakini orta hesabla243,9 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 25,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.