Rusiyada 2 mindən çox hamilə koronavirusa yoluxub
Dünya 25 May 2020 17:20:00 152 0
Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.
Son.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib.
Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.
"Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib", - L.Adamyan qeyd edib.
Mənbə: milli.az