Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olublar FOTO


Siyasət 25 May 2020 16:54:00 134 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olublar  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verdi.

Xəbər yeniləcək