"Kişinin səs tonu önəmlidir" Seda Sayan


Digərləri 25 May 2020 16:07:00 157 0

"Kişinin səs tonu önəmlidir"  Seda Sayan

Türkiyəli ulduz Seda Sayan "Kanal D"də yayımlanan "2. Sayfa" verilişinə canlı bağlantı ilə qoşulub.

Son.az bildirir ki, 57 yaşlı müğənni verilişdə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Sayan bildirib ki, onunla ailə qurmaq istəyən namizədlərin hər ikisi evli çıxıb.

"Qəlbinizi sarışın, yoxsa əsmər kişinin fəth etməsini istərdiniz" sualına müğənni "əsmər" deyə cavab verib.

Seda Sayanın "Kişinin səs tonu, yoxsa baxışları" sualına cavabı belə olub: "Səs tonu önəmlidir".