Şamaxıda iş yerində baş verən hadisədə xəsarət alanlardan biri ölüb


Sosial 25 May 2020 15:44:08 168 0

Şamaxıda iş yerində baş verən hadisədə xəsarət alanlardan biri ölüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)&Şamaxı rayonunda iş zamanı baş verən bədbəxt hadisə ilə əlaqədar məlumat yayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)Şamaxı rayonunda iş zamanı baş verən bədbəxt hadisə ilə əlaqədar məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb:

"Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir".