Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi


Dünya 25 May 2020 15:41:00 209 0

Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi

Monteneqro prezidenti Milo Cukanoviç ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, o, bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

Ölkə rəhbəri Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.

Monteneqro rəsmilərinin dediyinə görə, müalicə olunanların hamısı sağalıb. Bu günə qədər ümumilikdə 324 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib.