İranda daha 2 033 nəfər koronavirusa yoluxdu


Dünya 25 May 2020 15:54:00 172 0

İranda daha 2 033 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində daha 2 033 nəfər koronavirusa (COVID19) yoluxub və 1 912 nəfər sağalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, indiyədək İranda bu virusa yoluxanların sayı 137 724 nəfərə yüksəlib, onlardan 2 585 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, indiyədək İranda koronavirusdan sağalanların sayı isə 107 713 nəfərə çatıb.

Nazirlik rəsmisi qeyd edib ki, ötən sutka ərzində daha 34 nəfər bu virusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 451 nəfərə çatıb.