Avstraliyada şiddətli fırtına:


Dünya 25 May 2020 15:47:00 158 0

Avstraliyada şiddətli fırtına:

Şiddətli fırtına Avstraliyanın Qərbində ən azı 60 min evi elektriksiz qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, Qərbi Avstraliyada 2 gündür ki, davam edən güclü fırtına həyatı iflic edib. Əyalətdə sürəti saatda 132 kilometrə çatan şiddətli küləklər səbəbi ilə evlərin damı uçub, irigövdəli ağaçlar aşıb. Əyalətin paytaxtı Persdə azı 60 min ev elektriksiz qalıb, lakin insan tələfatının olmadığı bildirilir.

Bəzi bölgələrdə leysan yağış nəticəsində sel əmələ gəlib. Həmçinin, Geraldton şəhərinin şimalında güclü qum fırtınası yaranıb, görmə məsafəsi minimuma düşüb.

Aidiyyəti qurumlar 10 ildə bir dəfə meydana gələ bilən belə fırtınaya qarşı əhalini hazırlıqlı olmağa çağırıb.