Macarıstan Prezidenti: "Xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk""


Siyasət 25 May 2020 15:37:32 156 0

Macarıstan Prezidenti: "Xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk""

Macarıstanın Prezidenti Yanoş Ader&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yanoş Ader

Macarıstanın Prezidenti Yanoş AderAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram".