Yaponiyada fövqəladə rejim ləğv edildi


Dünya 25 May 2020 15:34:00 171 0

Yaponiyada fövqəladə rejim ləğv edildi

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Sindze Abe deyib.

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.

Bu gündən isə qalan 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) bu rejim ləğv ediləcək.