“Azəriqaz” Ramazan bayramı münasibətiilə aztəminatlı ailələrin evlərinə qaz çəkib - VİDEO


İqtisadiyyat 25 May 2020 13:35:54 175 0

“Azəriqaz” Ramazan bayramı münasibətiilə aztəminatlı ailələrin evlərinə qaz çəkib - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramı münasibətilə sosial aksiya həyata keçirib

© Report.az — Azəriqaz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat BirliyiRamazan bayramı münasibətilə sosial aksiya həyata keçirib.

“Report” bu barədə“Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, qurumun hesabınaBakı şəhərində, eləcə dəKürdəmir, Siyəzən, Ağcabədi, Goranboy və Salyan rayonlarında yaşayan bir neçə ailənin evinə uzun illərdən sonra qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb. Bu işlərin görülməsinə müvafiq rayonlar üzrə regional qaz istismarı idarələri, Bakı Regional Qaz İstismarı Departamenti və İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin əməkdaşları cəlb olunublar.