Gürcüstanın Azərbaycanla sərhəd rayonunda zəlzələ olub


Dünya 25 May 2020 11:53:00 168 0

Gürcüstanın Azərbaycanla sərhəd rayonunda zəlzələ olub

Gürcüstanda 3.6 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 06:06-da baş verən zəlzələnin episentri  Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunun Dedoplistkaro qəsəbəsindən 39 km cənub-şərqdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.