Moskvada küçənin ortasında 2 qruplaşma arasında atışma


Dünya 25 May 2020 11:47:00 164 0

Moskvada küçənin ortasında 2 qruplaşma arasında atışma

Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup naməlum kişi küçədə avtomatlardan atəş açıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdən aydın olur ki, bir qrup kişi maşınlara əyləşərək dayanacaqdan uzaqlaşırlar. Bu zaman üç nəfərlik başqa bir qrup avtomata bənzər silahlardan onlara atəş açmağa başlayır.

Baş verənləri şahidlər pəncərədən çəkə bilirlər.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur. Hazırda polis hadisə yerində təhqiqat aparır.

Sözügedən görüntüləri təqdim edirik.