Ukraynada daha 6 nəfər pandemiyanın qurbanı oldu


Dünya 25 May 2020 10:29:31 144 0

Ukraynada daha 6 nəfər pandemiyanın qurbanı oldu

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb

Ukraynada daha 259 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21 245-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 6 nəfər artaraq 623-yə yüksəlib.

İndiyədək Ukraynada 7,2 mindən çox xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 346 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.