Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakı Sağlamlıq Mərkəzinə göndərilib


Sosial 25 May 2020 10:38:40 145 0

Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakı Sağlamlıq Mərkəzinə göndərilib

"İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım".

"İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım.Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim. 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilikn yardım göstərilərək evə buraxılb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib".

"Report" xəbər verir ki, bunuMilli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır.Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm.Allah hamısına şəfa versin.Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk", - A.Mirzəzadə əlavə edib.