Qazaxıstan bütün hava limanlarını açır


Dünya 25 May 2020 10:09:00 138 0

Qazaxıstan bütün hava limanlarını açır

Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb.

Son.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, şəhərlər arasındakı uçuşların sayı müştərilərin istəkləri nəzərə alınaraq aviaşirkətlərlər tərəfindən təyin ediləcək.

Qeyd edilir ki, uçuşlar yüksək sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçirilir, hava limanlarında və təyyarələrdə geniş dezinfeksiya işləri aparılır.