Bağ evlərinə tələbat artıb


Digərləri 25 May 2020 09:50:00 182 0

Bağ evlərinə tələbat artıb

Son vaxtlar bağ evlərinə tələbat artıb. Bu isə, öz növbəsində, qiymət artımına səbəb olub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirusla mübarizə səbəbindən sərhədlərin bağlı olması tətil vaxtlarında insanların xarici yox, daxili turizmə meyl etməsinə gətirib çıxarıb.

Buna görə də Azərbaycanda bağ evlərinə olan tələbat artıb.

Əmlak ekspertlərinin sözlərinə görə, artıq 2 aya yaxındır ki, insanlar daha çox bağ evlərini kirayə götürürlər.

Tələbatın çox olması isə bahalaşmaya səbəb olub.

Hətta qiymətlərin daha da artması ehtimal edilir.