Braziliyada koronavirusa yoluxanların sayı 360 min nəfəri ötüb


Dünya 25 May 2020 08:12:00 149 0

Braziliyada koronavirusa yoluxanların sayı 360 min nəfəri ötüb

Braziliyada yeni növ koronavirusa daha 15 813 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 363 211 nəfərə çatıb.

Bildirilri ki, koronavirusa yoluxanların təxminən 150 min nəfəri sağalıb, 22 666 nəfəri isə ölüb. Yalnız son sutka 653 ölüm halı qeydə alınıb.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (82,1 min və 6,1 min), Rio-de-Janeyro (37 912 və 3 993) və Seara (35 595 və 2 324) ştatlarında qeydə alınıb.