Ən zərərli səhər yeməyi açıqlandı


Digərləri 25 May 2020 06:30:00 176 0

Ən zərərli səhər yeməyi açıqlandı

Doyumlu səhər yeməyi gün ərzində enerji dolu olacağınıza və planlaşdırdığınız hər şeyi yerinə yetirəcəyinizə dair zəmanət verir. Ancaq bütün bunlarla birlikdə səhər yeməyində bütün məhsulların uyğunluğu vacibdir. Onlardan bəziləri ya kifayət qədər qidalandırıcı deyil, ya da orqanizmi tam doyura bilmir.

Son.az xəbər verir ki, qidalanma mütəxəssisi Syuzi Barrell səhər menyusuna uyğun olmayan zərərli məhsulları açıqlayıb.

Avstraliyalı dietoloqun fikrincə, mayasız, çörək sodası, qabartma tozu qatılmadan hazırlanan lavaş səhər üçün ideal seçim deyil. Mütəxəssis hesab edir ki, insan səhhəti üçün xüsusilə zərərli olan bu məhsulun 100 qramında təxminən 80 qram karbohidrat olur ki, insan sağlamlığı üçün son dərəcə zərərlidir, xüsusilə səhərlər. Ayrıca bu məhsul qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırır və şəkər xəstəliyinin inkişafına təkan verir.

Səhərlər nə yemək olmaz?

Səhərlər xüsusilə uşaqlar xırtıldayan yarmanı südlə qarışdırıb yeyir. Reklamlarda bu məhsul səhər yeməyi kimi təqdim olunsa da, mütəxəssis iddia edir ki, onlar faydasızdır. O, əmindir ki, xırtıldayan dənli bitkilərdə qidalandırıcı liflər çox azdır. Odur ki, bu məhsul çətin ki, nahara qədər bizə enerji versin və tox saxlasın.