Moskvada atışma ilə əlaqədar 9 nəfər saxlanılıb - YENİLƏNİB


Dünya 24 May 2020 23:44:00 147 0

Moskvada atışma ilə əlaqədar 9 nəfər saxlanılıb - YENİLƏNİB

Moskvanın cənubunda, Kaşirsk şossesindəki avtomobil dayanacağında baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.

Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra bir neçə nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.

"Hazırda yaralı ilə birlikdə ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir, - mənbə agentliyə bildirib.

***22:39

Rusiyanın paytaxtıMoskvanın cənubunda, Kaşirsk şosesindəki avtomobil dayanacağında baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"İlkin informasiyaya görə, atışma nəticəsində 1 nəfər yaralanıb. Ona tibbi yardım göstərilir", - mənbə agentliyə bildirib.

Mənbənin məlumatına görə, atışma iştirakçıları yivli silahdan istifadə ediblər.

İstintaq Komitəsi zərərçəkmiş haqqında informasiyanı təsdiqləyib. "Moskvanın cənubunda atışma nəticəsində kişinin yaralanması faktı üzrə araşdırma aparılır", - deyə komitənin nümayəndəsi Yuliya İvanova bildirib.

"İndi hadisə yerində müstəntiqlər işləyirlər. Hadisənin tam təfərrüatı müəyyən edilir", - İvanova əlavə edib.