Həkimdən şok: Pivə içməyin, öldürür!


Digərləri 24 May 2020 23:55:00 227 0

Həkimdən şok: Pivə içməyin, öldürür!

Pivəni qadağan etmək lazımdır, insan sağlamlığı üçün ən təhlükəli içkidir.

Son.az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı həkim-psixiatr, narkoloq Danil Pokrovski deyib.

"Spirt pivənin tərkibində ən az olan maddədir. Pivənin əsasını təşkil edən digər komponentlər - köpük, rəng, dad, o cümlədən tərkibindəki kobalt insan sağlamlığı üçün son dərəcə zərərlidir", - Pokrovski bildirib.

O, bu maddənin kardiotoksik olduğunu və gündəlik icazə verilən dozanın 375 qram çərçivəsində olduğunu deyib:

"Pivənin tərkibindəki metallar kardiopatiyaya, ürəyin piylənməsinə və xəstənin ölümünə səbəb olur".