Qola qırmızı sap bağlamaq nə məna daşıyır?
Digərləri 24 May 2020 22:35:00 167 0
Son zamanlar biz tez-tez adi insanlar və tanınmış, məşhur şəxslərin qollarında qırmızı rəngdə saplar görürük. Bu saplar nə məna daşıyır?
Son.az bildirir ki, Kabbalada (iudaizmdə mistik elm) qırmızı sap sahibini müxtəlif bəlalardan qoruyan güclü amulet sayılır.
İnsan bu sapı sol biləyinə bağlamalıdır. Belə hesab olunur ki, aura və bədənimizə neqativ, mənfi energi məhz sol əldən keçir.
Hindistanda qırmızı saplar məbədlərdə cavan subay qızların biləyinə bağlayırlar ki, qız tezliklə ərə getsin.
Slavyanlarda da biləyə qırmızı sapın bağlanması pis gözdən və nəzərdən qorunmaq üçün istifadə olunurdu. Həmçinin bu saplar xöşbəxtlik, maddi rifah və bol şans cəlb etmək üçün taxılırdı.
Qırmızı sap necə bağlanır?
Sap təmiz yundan olmalı və müqəddəs yerlərdən getirilməli və ya ən azından təzə olmalıdır (yəni köhnə yun paltarından yox). Həmçinin bu sapı insanın qoluna yalnız çox yaxın, onu sevən və ona yaxşılıq arzulayan şəxs bağlamalıdır. Sapı düz 7 dəfə düyünləmək lazımdır.