Bu baş ağrısı dərmanı kişilərdə sonsuzluğa səbəb olur


Digərləri 24 May 2020 22:25:00 159 0

Bu baş ağrısı dərmanı kişilərdə sonsuzluğa səbəb olur

İbuprofen ən tez-tez istifadə olunan ağrıkəsici dərmanlardan biridir. İbuprofen tərkibli preparatlar müxtəlif ağrılar (diş, baş, bel, oynaqlar və s.) zamanı geniş istifadə olunur.

Lakin son zamanlar bu preparatın ağır yanaşı təsirləri haqqında məlumatlar yayılmaqdadır.

Stenford Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, tez-tez qəbul olunduqda bu preparat böyrəklərin fəaliyyətini pozur.

Həmçinin ibuprofenin uzun müddət ərzində qəbulu hipertoniya, ürək xəstəlikləri, insultun riskini xeyli artırır.  

Son.az saglamolun.az-a istinadən bildirir ki, ibuprofenın tez-tez və normadan artıq miqdarda qəbulu ani ürək ölümünün riskini 31%, diklofenakla birlikdə 50% artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ibuprofeni gün ərzində 1200 mq-dan çox miqdarda qəbul etmək olmaz.