Yaponiyada yeni yoluxma hallarının sayı artıb


Dünya 24 May 2020 21:00:00 129 0

Yaponiyada yeni yoluxma hallarının sayı artıb

Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirus infeksiyasının yeni hallarının sayında artım qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında deyilib.

Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının dadaxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.

Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.