Nyu-Yorkda koronavirus qurbanlarının sayı 23,3 minə çatır


Dünya 24 May 2020 20:41:53 172 0

Nyu-Yorkda koronavirus qurbanlarının sayı 23,3 minə çatır

Ötən gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı yenidən 100-ü ötərək 109 nəfər təşkil edib.

Ötən gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı yenidən 100-ü ötərək 109 nəfər təşkil edib.

“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında deyib.

ƏvvəllərNyu-Yorkda digər ştatlarla müqayisədə koronavirusla bağlı vəziyyət daha pis idi. Ştatda bir gün ərzində 700-dən çox insan ölür, xəstəxanalara 3 000-dənçox insan yerləşdirilirdi.

Qubernatorun sözlərinə görə, xəstəxanalara cümə günü 200-dən bir qədər çox pasiyent çatdırılıb.

"Ölümlərin sayı yenidən sırçradı, bu, dəhşətli xəbərlərdir. Amma bütovlükdə tendensiya hələ müsbətdir. Biz yaxınlarını itirən 109 ailə ilə bağlı dua edirik", - Kuomo deyib.

Ştatda koronavirus ümumilikdə 23 282 nəfər ölüb.