Telefonla danışmaq gənclərin yerişini dəyişir ALİMLƏR


Digərləri 24 May 2020 20:45:00 160 0

Telefonla danışmaq gənclərin yerişini dəyişir  ALİMLƏR

Smartfonlar, elektron qadjetlər gənclərin qaməti və yerişinə təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, beynəlxalq elmi qrupun bu barədə elmi araşdırması maraqlı nəticələr ortaya çıxarıb və bu barədə Applied Ergonomics dərgisində yazılıb.

Belə ki, eksperiment zamanı 8 nəfər sağlam gəncə pilləkənlə qalxıb-düşmələri və bu zaman telefonla danışmaları tapşırılıb.

Telefonla danışarkən insanın diqqəti yayınır və o hərəkətlərinə nəzarət edə bilmir.

Alimlər gəncləri izləyərək bu nəticəyə gəliblər ki, telefonla danışarkən insanın yerişi səntirləyir, daha gec və asta gəzir, eləcə də addımları əminsiz olur.

Bu ona görə baş verir ki, telefonla danışan zaman beyin çoxhərəkətli rejimə keçdiyi üçün hərəkətlərə nəzarəti dəyişir və azaldır.