Xərçəngdən ürəkdamar xəstəliklərinə qədər bir çox dərdin dərmanı olan MÖCÜZƏVİ BİTKİ


Digərləri 24 May 2020 20:40:00 131 0

Xərçəngdən ürəkdamar xəstəliklərinə qədər bir çox dərdin dərmanı olan MÖCÜZƏVİ BİTKİ

Yaşıl və qırmızı növləri daha çox istifadə olunan mərcinin qara rənglisi artıq məşhurlaşmağa başlayıb.

Son.az xəbər verir ki, digər mərci çeşidlərinə nisbətən daha kiçik və yüngül olan qara mərci xərçəngdən ürək xəstəliklərinə qədər bir çox problemlərin həllində effektivdir.

Asiya ölkələrində az rast gəlinən qara mərci lif qaynağıdır. Qida dəyərləri və vitaminlər sayəsində orqanizmi faydalılığı ilə zənginləşdirir.

Bu möcüzəvi bitki bizim eradan əvvəl 6000-ci ildə Nil çayının sahili, Dəclə və Fərat bölgəsində, 8000 min il öncə Mesopotomiyada becərilib. Lakin 1900-cu illərdə ABŞ tərəfindən ticarət məqsədilə yetişdiriləndən sonra məşhurluq qazanıb.

100 qram qara mərcinin tərkibində 360 kalori var. Bundan əlavə, 2,5 qr yağ, 55,8 qr karbohidrat, 1,3 qr şəkər, 14,2 qr lif, 27,5 qr protein mövcuddur.

Faydaları:

Qəbizliyin qarşısını alır.

Xolesterolu balanslaşdırır.

Ürək və damar xəstəliklərinə faydalıdır.