Türkiyədə qida hazırlığı və satışı qaydalarını pozanlara 4 milyon lirədən çox cərimə kəsilib


Dünya 24 May 2020 19:05:00 134 0

Türkiyədə qida hazırlığı və satışı qaydalarını pozanlara 4 milyon lirədən çox cərimə kəsilib

Yeni növ koronavirus (COVID-19) probleminə baxmayaraq, Türkiyədə kənd təsərrüfatı və qida sənayesində fəaliyyəti davam etdirmək üçün əsaslı işlər görülür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli məlumat verib. Kənd təsərrüfatı sahəsində işlərin normaya uyğun getdiyini ifadə edən nazir bildirib ki, Ramazan ayı boyunca qida istehsalı və satışı məkanlarında, eləcə də tədarük yerlərində davamlı qeydlər aparılıb. Bu çərçivədə qida istehsal yerlərində 15 min 798, satış və istehlak müəssisələrində 45 min 938 olmaqla, ümumilikdə 61 min 736 yoxlama həyata keçirilib. Qaydalara uyğun olmayan işlətmələrə 4 milyon Türkiyə lirəsindən çox cərimələr yazılıb.