Heç vaxt görmədiyiniz EKZOTİK MEYVƏLƏR FOTO
Digərləri 24 May 2020 19:25:00 156 0
Dünyanın müxtəlif ərazilərində onlarla fərqli meyvə yetişir. Bir-birindən maraqlı dada və görünüşə sahib olan bu meyvələr böyük marağa səbəb olub.
Son.az xəbər verir ki, çəhrayı rəngi və gözəlliyi ilə diqqət çəkən Pitaya meyvəsi lif tərkibi ilə zəngindir.
Qabığı qızardığında yeyilən rambutan meyvəsi dünyada yalnız tropik iqlimə sahib olan ölkələrdə yetişir. Dadı şirin və suludur.
Qoxusu heç də xoş olmayan durian meyvəsi yetişəndə çəkisi üç kiloqrama çata bilir.
Kivano meyvəsi kimi tanınan buynuzlu qovunun dadı xiyar, qabaq, banan və limonun qarışığına bənzəyir.
Mənbə: milli.az