"Bir dəfə ərim məni vurardı..."


Şou-biznes 24 May 2020 18:31:00 186 0

"Bir dəfə ərim məni vurardı..."

Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "X maqazin"ə açıqlamasında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Sosial şəbəkədə bəzi insanlar var ki, xalqın adından danışırlar. Orada özünə 50 profil açıb, ağzına gələni yazır. Onlar içlərində paxıllıq çəkirlər, üzdə isə hamıya gülürlər".

Qadına şiddətdən bəhs edən Seyidcahan keçmiş həyat yoldaşını xatırlayıb:

"Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam. Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm.