Kürdəmirdə koronavirusa yoluxanların sayı 61 nəfərə çatdı - YENİLƏNİB - VİDEO


Sosial 24 May 2020 16:14:00 179 0

Kürdəmirdə koronavirusa yoluxanların sayı 61 nəfərə çatdı - YENİLƏNİB - VİDEO

Azərbaycanda xüsusi karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılıb. Nəticədə bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub. Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur.

13:50***

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonrabir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı körpədə var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan vəəlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.