Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 10 nəfəri vurdu,


Digərləri 24 May 2020 15:12:00 171 0

Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 10 nəfəri vurdu,

Mingəçevirdə "Opel" markalı avtomobil qəza törədib.

Son.az APA-ya istinadən bildirir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyyə adlı xanım "Opel" markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.