Kürdəmirin Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxdu


Sosial 24 May 2020 13:50:42 186 0

Kürdəmirin Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxdu

Azərbaycanda xüsusi karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılıb. Nəticədə bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

Azərbaycanda xüsusi karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılıb. Nəticədə bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı uşaq da var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxananın, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq,tibbi maskalardan, əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bugünə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.