Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib


Siyasət 24 May 2020 13:00:00 170 0

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyirəm".