Floridanın daha bir şəhərində mayın 28-i Azərbaycanın Günü elan olundu


Siyasət 24 May 2020 10:16:21 161 0

Floridanın daha bir şəhərində mayın 28-i Azərbaycanın Günü elan olundu

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın Vaşinqtondakı səfirliyindən “Report”un xüsusi müxbirinə verilən məlumata görə, Mer Veysman Bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs edir.

E.Veysman mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

Vüsalə Abbasova