UNESCO Misirin Tahrir Muzeyini Afrikanın ən yaxşı muzeyi kimi qiymətləndirib


Digərləri 24 May 2020 04:30:00 167 0

UNESCO Misirin Tahrir Muzeyini Afrikanın ən yaxşı muzeyi kimi qiymətləndirib

UNESCO Qahirədəki Tahrir Muzeyini Afrikanın ən yaxşı muzeyi kimi qiymətləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qiymətləndirmə təşkilatın təşəbbüsü ilə keçirilən illik Muzey Həftəsi çərçivəsində "Twitter" sosial şəbəkəsində həyata keçirilən beynəlxalq festivalın yekunlarına görə aparılıb.

Muzeyin direktoru Sabah Əbdül Razik bildirib ki, Muzey Həftəsinin rəsmi səhifəsində Misirin Tahrir Muzeyi bu münasibətlə təbrik edilib. O əlavə edib ki, hələ 2015-ci ildə UNESCO-nun Baş Konfransı tərəfindən muzeylərin qorunması və inkişafı, onların cəmiyyətdə rolunun artırılması barədə sənəd qəbul edilib. "Bu mühüm sənəddə qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Misir hökuməti ölkədə muzeylərin bərpası, təmiri və zəngin eksponatlarla təmin edilməsini diqqət mərkəzində saxlayıb. Bu, həm mədəni irsin təbliği, həm də turizmin inkişafı baxımından mühümdür", - deyə direktor qeyd edib.

Muzey Həftəsi "7 gün, 7 mövzu, 7 haştaq" mövzusunda keçirilib və bütün dünyada muzey, qalereya, arxiv mərkəzləri, kitabxanaları əhatə edib.