Bakıda avtomobil ahıl qadını vurdu


Sosial 23 May 2020 23:53:13 177 0

Bakıda avtomobil ahıl qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Muradova Nərgiz Nəriman qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov