FHN: Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib


Sosial 23 May 2020 23:58:57 173 0

FHN: Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib

Bu gün günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub.

© Report

Bu gün günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub.

FHN-dən “Report”a bildirilib ki, müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərinin iştirakı ilə müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.

Belə ki, paytaxtın Səbail, Sabunçu və Nərimanov rayonlarında müxtəlif ünvanlarda binaların və digər təyinatlı tikililərin dam örtüyünün dəmir konstruksiyalarının qopması nəticəsində bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Çağırış ünvanına cəlb olunan xilasedicilər, TTNDA-nin mütəxəssislərinin rəy və təkliflərini nəzərə alaraq, ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.