Məgər namaz İslam dini ilə başlamayıbmı?


Digərləri 23 May 2020 23:55:00 227 0

Məgər namaz İslam dini ilə başlamayıbmı?

"Məryəm" surəsində deyilir ki, İsa Peyğəmbər (ə) namaz qılırmış. Məgər namaz İslam dini ilə başlamayıbmı?

"Məryəm" surəsinin 31-ci ayəsində Həzrət İsa Peyğəmbərin (ə) dilindən buyurulur: "O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu". Geniş yayılmış təsəvvürə görə, namaz hökmü İslam dininə aiddir. Lakin əslində bütün səmavi dinlərdə namaz, oruc, zəkat adlana biləcək ibadət qaydaları olmuşdur. Bütün peyğəmbərlər insanları əqidəvi cəhətdən tərbiyə etməklə və onları ibadətə çağırmaqla məşğul olmuşlar. Keçmiş peyğəmbərlərin zamanındakı ibadət qaydaları İslam dinindəki ibadət qaydalarından fərqlənə bilər. Ola bilər ki, namaz əməllərinin formasında və ardıcıllığında, orucun bəzi hökmlərində və s. fərqlər olmuşdur. Lakin bununla belə, məfhum olaraq, keçmiş ümmətlərə də namaz, oruc kimi ibadətlər, zəkat kimi dini ödəmələr vacib idi.