Feysbukdan vacib addım: platformadan istifadə daha təhlükəsiz olacaq


Digərləri 23 May 2020 22:45:00 148 0

Feysbukdan vacib addım: platformadan istifadə daha təhlükəsiz olacaq

Feysbuk Messenger daha bir yenilənmə ilə internet fırıldaqçılığı ilə məşğul olanların qarşısına çıxmağa hazırlaşır.

Son.az ted.az-a istinadən bildirir ki, bu gün beta versiyada yayımlanan yenilənmə ilə Feysbuk istifadəçilərinin saxta hesablardan qorunması nəzərdə tutulur.

Kiberfırıldaqçılıqda saxta hesalardan istifadə uzun müddətdir, istifadə edilən üsullardandır. Hakerlər dostunuzun hesabına bənzəyən hesabla sizə mesaj atır, bununla sizi "tələ"yə salmağa çalışırlar. Sözügedən yenilənmədən sonra bənzər hesablar barədə istifadəçiyə bildiriş göndəriləcək. Bundan başqa, şübhəli profilin nə zaman qeydiyyatdan keçdiyi də bildirişdə qeyd olunacaq.

Digər diqqət çəkən məqam isə 18 yaşdan kiçik profil sahiblərinə qısa müddətdə çoxlu mesaj yazan istifadəçilərin aşkarlanmasıdır. Bunun üçün süni intellktdən istifadə edəcək Messenger bu tip hesabları müşahidə altında saxlayacaq. Belə hesablardan sizə mesaj gəldikdə avtomatik xəbərdarlıq alacaqsınız.

Yenilənmənin daha bir müsbət tərəfi isə Messenger yazışmalarının başdan ayağa şifrələnəcəyidir.