WiFinızı paylaşaraq pul qazanmaq imkanına sahib olun


Digərləri 23 May 2020 23:20:00 182 0

WiFinızı paylaşaraq pul qazanmaq imkanına sahib olun

Azərbaycanda WinFi adlı maraqlı startap layihəsi istifadəyə verilib. WinFi insanların həm öz WiFi-nı paylaşmasına, həm də WiFi üzərindən internetə qoşulmasına imkan verən startap layihədir. Siz öz WiFi-nızı paylaşaraq pul qazanmaq imkanına sahib olursunuz.

Son.az ted.az-a istinadən bildirir ki, startapın iki mobil tətbiqi var: WinFi Owner və WinFi User.

Hazırda mobil tətbiqlər Google Play və App Store-də aktivdirlər.

WiFi paylaşmaq və ona qoşulmaq üçün heç bir əlavə cihazdan və qurğudan istifadə etmək tələb olunmur, yalnız göstədiyimiz iki mobil tətbiqdən istifadə etmək kifayətdir.

WiFi sahibi WinFi Owner tətbiqi vasitəsilə öz Wifi-nı paylaşır. İstifadəçi Winfi User tətbiqi vasitəsilə kiçik bir gündəlik haqq ödəyərək bütün WinFi nöqtələrindən istifadə etmək və internetə qoşulmaq hüququna sahib olur. İstifadəçilər WinFi nöqtələrinə qoşulmaqla limitsiz internet əldə etmiş olurlar.