Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub FOTO


Digərləri 23 May 2020 22:51:00 165 0

Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub  FOTO

Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.

Son.az APA-ya istinadən xəbər verir ki, hazırda şöbədə heç bir xəstə yoxdur.

Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.

Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.