Bakıda güclü külək nəticəsində qırılaraq yola aşdı FOTO


Digərləri 23 May 2020 22:49:00 174 0

Bakıda güclü külək nəticəsində qırılaraq yola aşdı  FOTO

Bakının Səbail rayonunun Lermentov küçəsində külək ağacı gövdəsindən qıraraq yol aşırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, nəticədə yolda avtomobillərin hərəkətinə maneə yaranıb.

Rayonun Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən tədbirlər görülərək hərəkət bərpa edilib.

Ağacın qırılması nəticəsində yaxınlıqdan keçən elektrik naqilləri də zədələnib. Müvafiq tədbirlər nəticəsində problem aradan qaldırılıb.