YouTube şirkəti Krıma məxsus kanalı şəbəkədən sildi


Digərləri 23 May 2020 22:40:00 147 0

YouTube şirkəti Krıma məxsus kanalı şəbəkədən sildi

YouTube platforması Krıma məxsus "Krım 24" kanalının şəbəkə hesabını silib. Eyni zamanda, Anna News və News-Front nəşrlərinin də videohostinqdəki hesabları silinib.

Son.az ted.az-a istinadən bildirir ki, kanal nümayəndələri sosial şəbəkə hesablarının silinəcəyi barədə onlara xəbərdarlıq edilmədiyini bildiriblər.

YouTube platforması hadisə ilə bağlı heç bir şərh verməyib. Kanalla yanaşı, məşhur News Front və Anna News nəşrlərinə məxsus profillər də şəbəkədən silinib.