Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb FOTO


Dünya 23 May 2020 21:26:00 175 0

Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb  FOTO

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 32 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 40178 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan  indiyədək 4308 nəfər ölüb, 155686 nəfər bu infeksiyaya yoluxub, 117602 nəfəri isə müalicə olunub.