Android 11in internet simvolları xoş qarşılanmadı


Digərləri 23 May 2020 21:45:00 158 0

Android 11in internet simvolları xoş qarşılanmadı

Google-un hazırda inkişaf etdirilən Android 11 üçün hazırlanmış xüsusiyyətlərə ümumi baxış səhifəsini yenilənib.

Son.az ted.az-a istinadən bildirir ki, telefonun 4G və ya 5G şəbəkəsinə qoşulub-qoşulmadığını göstərən simvollar məlum olub.

İstifadəçilərin əksəriyyəti isə bu simvollardan məmnun qalmayıblar. Hesab edilir ki, simvolları ayırd etmək çox da asan olmayacaq. 4G üçün iki, 5G üçün isə üç simvol müəyyən edilib.

Məsələn, LTE Advanced Pro texnologiyasının istifadə olunduğu şəbəkəyə qoşulduqda cihazda 5Ge simvolu görünəcək. Bu texnologiya 3 Gbps səviyyəsinə qədər sürət vəd etsə də 5G-nin yox, LTE Advanced-in inkişaf etdirilmiş versiyasıdır.

Dünyanın ən böyük mobil operatorlarından olan AT&T LTE Advanced şəbəkəsini 2018-ci ilə qədər 5Ge kimi adlandırmağa çalışıb. Anca bu, xoş qarşılanmadı və məhkəməyə müraciət edildi. Həqiqi yeni nəsil şəbəkələr, yəni 5G texnologiyası 5G və 5G+ olaraq qeyd olunacaq.

Android 11-in şəbəkə bağlantı simvollarını təqdim edirik:

LTE - standart 4G